FHN Bakıda orta məktəbdə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb

FHN Bakıda orta məktəbdə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb Hadisə zamanı 2 şagird və 1 nəfər müəllim xilas olunub
Hadisə
23 May , 2016 12:13
FHN Bakıda orta məktəbdə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb

Bakı. 23 may. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi Bakıda orta məktəbdə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. 

"Report" xəbər verir ki, nazirliyin məlumatına əsasən, Bakı şəhəri, Xətai rayonunda Təhsil Nazirliyinə məxsus üçmərtəbəli 95 saylı orta məktəbin 1-ci mərtəbəsinin giriş hissəsində 30 kv.m sahədə mebel dəsti yanıb. 

Yüksək temperaturdan giriş qapısı və 2 ədəd pəncərə əriyib. Hadisə zamanı 2 şagird və 1 nəfər müəllim xilas olunub, 75-80 nəfər təhlükəsiz əraziyə təxliyyə edilib. Yanğından məktəb binasının qalan hissəsi mühafizə olunub. 

Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi