Yuxarı

FHN Bakıda bir nəfərin ölümü ilə nəticələnən nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

Sürücülərdən birisi xəsarət alaraq nəqliyyat vasitəsində vəfat edib

Bakı. 18 fevral. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) ötən axşam paytaxtın Yasamal rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

"Report" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsində vəfat edib.

Xilasedicilər naməlum cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi