FHN Bakı yaxınlığında ölümlə nəticələnən avtoqəza ilə bağlı məlumat yayıb

FHN Bakı yaxınlığında ölümlə nəticələnən avtoqəza ilə bağlı məlumat yayıb Xilasedicilər sürücünün meyitini deformasiyaya uğrayan avtomobildən çıxarıblar
Hadisə
232
14 Noyabr , 2014 16:54
FHN Bakı yaxınlığında ölümlə nəticələnən avtoqəza ilə bağlı məlumat yayıb
Bakı. 14 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı yaxınlığında baş verən qəza ilə bağlı məlumat yayıb. "Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə və yolayırıcı dəmir çəpərlərə çırpılıb. Hadisə yerinə cəlb olunan xilasedicilər sürücü, 1985-ci il təvəllüdlü İsgəndərov Natiq Zirəddin oğlunun meyitini deformasiyaya uğrayan avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:04-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi