Bakı. 13 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Şamaxı avtomobil yolunda baş verən yol qəzası ilə bağlı rəsmi məlumat yayıb. "Report" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı-Şamaxı avtomobil yolunun 50-ci kilometrliyində “Shacman” markalı yük avtomobili ilə “Opel” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğrayan avtomobildə sıxılan vəziyyətdə qalan meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
FHN Bakı-Şamaxı yolunda baş verən qəza ilə bağlı məlumat yayıb
FHN Bakı-Şamaxı yolunda baş verən qəza ilə bağlı məlumat yayıb Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub
Hadisə
104
13 Dekabr , 2014
16:41


Valeh Dadaşov
Report.az
https://static.report.az/photo/83925d7d-6354-31d2-baaf-39bc59708162_50.jpg
Eksklüziv xəbərlər
FotoNetanyahu: "İsrail Dövləti ilə Azərbaycan arasında hər şey əladır" - EKSKLÜZİV
23 Sentyabr , 2023
03:10
İrlandiyalı ekspert: “Qarabağda yaşayan ermənilərin reinteqrasiyası regionda sülhü təmin edəcək”
21 Sentyabr , 2023
17:42
Ekspert: “SGC enerji sabitliyinin təmin edilməsi baxımından Macarıstan üçün vacibdir”
21 Sentyabr , 2023
15:04
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfər edəcək
21 Sentyabr , 2023
08:53
Tacikistanın xarici işlər naziri: “Qardaş Azərbaycanla möhkəm münasibətlərimiz var”
21 Sentyabr , 2023
08:11
Ekspert: “Azərbaycanın antiterror tədbirləri regionda sülh və sabitliyə töhfə verəcək”
20 Sentyabr , 2023
17:41
İqor Korotçenko: “Qarabağ indi tamamilə Azərbaycanın nəzarəti altındadır”
20 Sentyabr , 2023
16:53
Son xəbərlər
