Yuxarı

FHN Bakı-Qazax yolunda baş vermiş qəza ilə bağlı məlumat yayıb

Maşının su kanalına düşməsi nəticəsində sürücü boğularaq ölüb

Bakı. 18 fevral. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi bu gün axşam saatlarında Bakı-Qazax yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

“Report” xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Yeniyol kəndində “Mercedes” markalı minik avtomobili su kanalına aşıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Rayon icra hakimiyyəti tərəfindən cəlb olunan avtokran vasitəsi ilə avtomobil kanaldan çıxarılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalmış 1990-cı il təvəllüdlü Hümmətzadə Oruc Möhbala oğlunun cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi