FHN Akademiyasında abituriyentlər üçün toplanış elan olunub

FHN Akademiyasında abituriyentlər üçün toplanış elan olunub Fövqəladə Hallar Nazirliyininj (FHN) Akademiyasına qəbul olan və qeydiyyatdan keçən abituriyentlər üçün toplanış elan olunub.
Hadisə
22 Sentyabr , 2020 12:08
FHN Akademiyasında abituriyentlər üçün toplanış elan olunub

Fövqəladə Hallar Nazirliyininj (FHN) Akademiyasına qəbul olan və qeydiyyatdan keçən abituriyentlər üçün toplanış elan olunub.

FHN-in Mətbuat xidmətindən "Report"a daxil olan məlumatda deyilir: 

Toplanışın yeri: Hövsan qəsəbəsi, FHN Akademiyası

Toplanışın vaxtı: 27 sentyabr 2020-ci il, saat 10:00

Kursantlara özləri ilə aşağıdakıları gətirmələri tövsiyyə olunur:

Şəxsiyyət vəsiqəsi;
Sürücülük vəsiqəsi (əgər varsa);
Şəxsi gigiyena vasitələri (əl-üz dəsmalı, sabun, diş fırçası və pastası, üzqırxma ləvazimatları, daraq, cib dəsmalı, qayçı);
İdman kostyumu və ayaqqabısı, otaq və duş üçün başmaqlar;
Boyunluq altına tikilməsi üçün ağ pambıq parça - 1,5 м2, tikiş iynələri, saplar (ağ, qara, göy, xaki rənglərdə);
Pambıq parçadan qara rəngdə corab (azı 3 cüt);
Paltar və ayaqqabı təmizləmək üçün şotkalar, qara rəngdə ayaqqabı kremi;
Qol saatı, kompas;
Ümumi dəftərlər dama-dama (10 ədəd), şagird dəftərləri dama-dama (10 ədəd).
Yazı ləvazimatları (göy rəngdə yazan diyircəkli qələmlər, qara və rəngli karandaşlar, pozan, transportir, xətkeş, kley, zabit xətkeşi, papka)

Son xəbərlər

Orphus sistemi