“FETÖ işi”: Əli Kərimlinin köməkçisinə qarşı yeni ittiham irəli sürülüb

“FETÖ işi”: Əli Kərimlinin köməkçisinə qarşı yeni ittiham irəli sürülüb O, təqsirləndirilən şəxs qismində saxlanılır
Hadisə
22 Avqust , 2016 12:43
“FETÖ işi”: Əli Kərimlinin köməkçisinə qarşı yeni ittiham irəli sürülüb

Bakı. 22 avqust. REPORT.AZ/ AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb.

Bu barədə "Report"a onun vəkili Aqil Layicov məlumat verib.

Onun sözlərinə görə, F.Əmirliyə  qarşı Cinayət Məcəlləsinin 168-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Hazırda o, təqsirləndirilən şəxs qismində saxlanılır.

F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi üzrə ittiham irəli sürülüb.

Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib.

Qeyd edək ki, ilkin yayılan məlumatlara görə, onun avtomobilindən Fətullah terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.

Son xəbərlər

Orphus sistemi