Fermada narkotik bitkilər yetişdirən Sabirabad sakini saxlanılıb

Fermada narkotik bitkilər yetişdirən Sabirabad sakini saxlanılıb Sabirabad. 11 iyun. REPORT.AZ/ Fermada narkotik bitkilər yetişdirən Sabirabad rayon sakini saxlanılıb.
Hadisə
11 İyun , 2018 11:00
Fermada narkotik bitkilər yetişdirən Sabirabad sakini saxlanılıb

Sabirabad. 11 iyun. REPORT.AZ/ Fermada narkotik bitkilər yetişdirən Sabirabad rayon sakini saxlanılıb.

Bu barədə "Report"a DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Suqovuşan kənd sakini, 31 yaşlı Vüqar Səmidov saxlanılıb.

Sabirabad RPŞ-nın əməkdaşları tərəfindən ona məxsus fermaya baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu və 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi