Fərhad Əliyev qardaşının yas mərasimində iştirak edib

Fərhad Əliyev qardaşının yas mərasimində iştirak edib Rafiq Əliyevin isə Londonda olduğu bildirilir
Hadisə
21 Yanvar , 2015 14:29
Fərhad Əliyev qardaşının yas mərasimində iştirak edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev kiçik qardaşı Südeyif Əliyevin yas mərasimində iştirak etmək üçün dünən axşam saatlarında Cəlilabad rayonunun Alar kəndinə gəlib. “Report” xəbər verir ki, F.Əliyev yas mərasiminə qardaşı dəfn edildikdən təxminən 7 saat sonra çatıb. 

Mərhumun digər qardaşı, “Azpetrol” şirkətlər qrupunun keçmiş rəhbəri Rafiq Əliyev isə yas mərasiminə gəlməyib. Onun London şəhərində olduğu bildirilir.

Xatırladaq ki, Fərhad Əliyev kiçik qardaşı Südeyif Əliyev dünən səhər saatlarında gözlənilmədən dünyasını dəyişib. Belə ki, Cəlilabad rayonunun Alar kənd sakini Südeyif Əliyev ürək ağrısı şikayəti ilə kənd xəstəxanasına gəlib. Həkimlə sağollaşdıqdan bir neçə dəqiqə keçməmiş elə xəstəxananın həyətində keçinib.

Son xəbərlər

Orphus sistemi