Azərbaycanda fərdi yaşayış evində partlayış olub, ölən və yaralananlar var - FOTO

Azərbaycanda fərdi yaşayış evində partlayış olub, ölən və yaralananlar var - FOTO Hadisə qeyri-standart qaz sobasının partlaması nəticəsində baş verib
Hadisə
5 Dekabr , 2015 21:18
Azərbaycanda fərdi yaşayış evində partlayış olub, ölən və yaralananlar var - FOTO

Bakı 5 dekabr. REPORT.AZ/ Bərdə rayonunda fərdi yaşayış evində partlayış baş verib. ''Report''un məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Əli Məmmədova məxsus fərdi yaşayış evində baş verən partlayış evin yanmasına səbəb olub. Hadisə qeyri-standart qaz sobasının partlaması nəticəsində baş verib. Yanğın nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb. Ölənlər Fidan Məmmədova ve onun bir yaşlı qızı Səba Məmmədovadır.

Yaralılardan dörd nəfərinin adı məlumdur. Həmin şəxslər bunlardır: Fəxriyyə Ənvər qızı, Vüsal Əli oğlu, Eldar Əli oğlu, Səma Vüsal qızı Məmmədovlar

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi