Fəhlə prospektində 54 yaşlı qadını avtomobil vurub

Fəhlə prospektində 54 yaşlı qadını avtomobil vurub Bakı şəhərinin Xətai rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Reportun məlumatına görə, hadisə Fəhlə prospektində qeydə alınıb.
Hadisə
9 Sentyabr , 2019 00:30
Fəhlə prospektində 54 yaşlı qadını avtomobil vurub

Bakı şəhərinin Xətai rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Fəhlə prospektində qeydə alınıb.

Yolu keçən zaman “Lada Priora” markalı minik avtomobilinin zərbəsi ilə üzləşən 1965-ci il təvəllüdlü Abdullayeva Gilas Samir qızı xəstəxanaya yerləşdirilib. 

Ona sol bazu sümüyünün sınığı, döş qəfəsinin və qarın nahiyəsinin küt travması diaqnozu qoyulub.

Xəstə həkim nəzarətinə götürülüb, Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi