Fəhlə hündürlükdən yıxılaraq öldü

Fəhlə hündürlükdən yıxılaraq öldü Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
19 Fevral , 2020 15:39
Fəhlə hündürlükdən yıxılaraq öldü
shutterstock

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində fəaliyyət göstərən satış obyektlərindən birində qeydə alınıb. 

Belə ki, həmin obyektdə fəhlə işləyən Biləsuvar rayonunun Bəydili kənd sakini, 1987-ci il təvəllüdlü Hüseyn Əlimusa oğlu Mirzəyev hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi