Millət vəkili Fazil Mustafaya qarşı baş verən silahlı hücumla bağlı cinayət işi başlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.
O, bildirib ki, polis və prokurorluq əməkdaşları tərəfindən hazırda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.