Yuxarı

“Faytonçu Nazim”in cərraha qarşı iddiası üzrə məhkəmə başlayır

“Faytonçu Nazim”in cərraha qarşı iddiası üzrə məhkəmə başlayır
Məhkəmənin vaxtı açıqlanıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin "Elmed" klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmənin vaxtı açıqlanıb.

Bu barədə "Report"a E.Əzimovun vəkili Elvin Səlimov məlumat verib.

Onun sözlərinə görə, Binəqədi Rayon Məhkəməsində keçiriləcək iclas oktyabrln 26-na təyin edilib. İşə hakim Almaz Süleymanovanın sədrliyi ilə baxılacaq.

Onu da əlavə edək ki, Binəqədi Rayon Məhkəməsi N.Pişiyarinin əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim E.Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.

Vəkil E.Səlimov bildirib ki, həkim E.Əzimovun əmlakı üzərinə həbs qoyulması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti veriləcək. O qeyd edib ki, Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərarla bu gün tanış olub: "Biz həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəyik. Məhkəmənin çıxardığı qərarı tam əsassız hesab edirik".

Qeyd edək ki, Nazim Pişiyari bildirib ki, ilk dəfə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. "Faytonçu Nazim" həkimin ciddi cəzalandırılmasını tələb istəyib. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi