Goranboy sakini həmyerlisinə avtomobil açarı ilə xəsarət yetirib

Goranboy sakini həmyerlisinə avtomobil açarı ilə xəsarət yetirib Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
395
18 Yanvar , 2017 11:18
Goranboy sakini həmyerlisinə avtomobil açarı ilə xəsarət yetirib

Goranboy. 18 yanvar. REPORT.AZ/ Goranboy rayon sakini həmyerlisinə avtomobil açarı ilə xəsarət yetirib. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə yanvarın 16-da rayonun Xanqərvənd kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini Üzeyir İsmayılov münaqişə zəminində həmkəndlisi Pərvin Seyidovun qarın nayihəsinə avtomobil açarı ilə daxilə nüfuz edən xəsarət yetirib. 

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ü.İsmayılov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi