Azərbaycanda iki uşaq faciəli şəkildə ölüb

Azərbaycanda iki uşaq faciəli şəkildə ölüb Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır
Hadisə
19 Avqust , 2015 13:07
Azərbaycanda iki uşaq faciəli şəkildə ölüb

Bakı. 19 avqust. REPORT.AZ/ Şəmkir rayonunun Abbaslı kəndində bədbəxt hadisə baş verib. “Report”un xəbərinə görə, kənd sakini Şükür Qasımovun mənzilində onun iki azyaşlı nəvəsini elektrik cərəyanı vurub. Hər iki uşaq elə hadisə yerindəcə dünyasını dəyişib. Hazırda rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi