Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Füzuli sakini Bakıda faciəli şəkildə dünyasını dəyişib
Hadisə
120
12 Sentyabr , 2014
14:39


Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanın Füzuli rayonunun sakini Bakıda bədbəxt hadisə nəticəsində ölüb. Report-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 11-də Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən taxta bazarında qeydə alınıb. Hadisə zamanı Yaqub Məlikov özünə məxsus "KamAZ" markalı yük maşınından taxta bağlamalarını açarkən ehtiyatsızlıqdan taxtalar üstünə düşüb. Y.Məlikov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Rus versiyası
В Баку трагически погиб житель Физули
Son xəbərlər
