Yuxarı
    Bağlamaq

    Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb

    Xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir

    Bakı. 8 sentyabr.REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeron rayonu Xırdalan şəhərində baş verən partlayışla bağlı məlumat yayıb. Report nazirliyin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmayan beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.

    Hadisə ilə bağlı FHN-in əlavə məlumat verəcəyi bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi