Azərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanır

Azərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanır Karantin rejiminin qaydalarına əsasən, istisna hallarda evdən çıxmalarına icazə verilir. Vətəndaşların çıxmalarının səbəbinin izahı artıq öz həllini tapıb.
Hadisə
732
2 Aprel , 2020 12:01
Azərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanır
Report
0 : 00
0 : 00

"Karantin rejiminin qaydalarına əsasən, istisna hallarda evdən çıxmalarına icazə verilir. Vətəndaşların çıxmalarının səbəbinin izahı artıq öz həllini tapıb".

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, hərəkət qısa zamanda elektron cihazlarla tənzimlənəcək: "Bununla bağlı yaxın saatlarda qərar ictimaiyyətə açıqlanacaq. Evdən çıxmamışdan əvvəl vətəndaş bəlli nömrəyə sms və ya zəng edib çölə çıxmaqlarının səbəbi izah ediləcək. Bu halda icazə veriləcək. Çölə çıxan şəxs şəxsiyyət vəsiqəsini quraşdırılan polis naryadlarına təqdim edəcək və planşet vasitəsilə baxılacaq ki, ona icazə verilib ya yox".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da əlavə edib ki, bununla bağlı sənəd hazırlanır: "İkili yozulması mümkün olmayan şəkildə detallı izah olunacaq".

Son xəbərlər

Orphus sistemi