Eyni mənzilləri müxtəlif şəxslərə satmaqda şübhəli bilinən vəzifəli şəxslərin məhkəməsi başlayır

Eyni mənzilləri müxtəlif şəxslərə satmaqda şübhəli bilinən vəzifəli şəxslərin məhkəməsi başlayır Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
Hadisə
12 İyun , 2024 11:15
Eyni mənzilləri müxtəlif şəxslərə satmaqda şübhəli bilinən vəzifəli şəxslərin məhkəməsi başlayır

Eyni mənzilləri müxtəlif şəxslərə satmaqda şübhəli bilinən “FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin məhkəməsi başlayır.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İstintaqla “FAM-88” MMC-nin təsisçisi Hüseynov Fəxrəddin Balaxan oğlunun həmin cəmiyyətin direktoru Tağıyev Rafiq Nərçə oğlu ilə əlbir olaraq MMC tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri saxta müqavilə və maliyyə arayışları tərtib edib təkrarən satmaqla 59 şəxsə məxsus ümumilikdə 2 milyon 400 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq dövründə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.

Toplanmış sübutlar əsasında Fəxrəddin Hüseynov və Rafiq Tağıyevə Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi