​"Expressbank" lisenziyası ləğv edilmiş bankı məhkəməyə verib

​"Expressbank" lisenziyası ləğv edilmiş bankı məhkəməyə verib 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib
Hadisə
21 May , 2016 11:45
​Expressbank lisenziyası ləğv edilmiş bankı məhkəməyə verib

Bakı. 21 may. REPORT.AZ/ “Expressbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) lisenziyası ləğv edilmiş “Bank of Azerbaijan” ASC-ni məhkəməyə verib.

“Report”un məlumatına görə, “Expressbank” ASC borcun tutulması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan “Bank of Azerbaijan” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” qanuna uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib.

Son xəbərlər

Orphus sistemi