Bakı. 29 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, “20 yanvar” küçəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Elnur Talıbov döş nahiyəsindən bıçaqlanıb.
O, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.
İstintaq zamanı məlum olub ki, E.Talıbova xəsarət yetirən şəxs Daşkəsən rayon sakini 29 yaşlı Elbrus İsgəndərovdur. E.İsgəndərov istintaqa cəlb olunub.