Əvvəllər məhkum olunan şəxs evdən qızıl əşyalar oğurladığına görə tutulub

Əvvəllər məhkum olunan şəxs evdən qızıl əşyalar oğurladığına görə tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Yanvar , 2016 14:21
Əvvəllər məhkum olunan şəxs evdən qızıl əşyalar oğurladığına görə tutulub

Bakı. 23 yanvar. REPORT.AZ/ Bülbülə qəsəbə sakininin evindən 1725 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabrında Bülbülə qəsəbə sakini Gülnar Kaltayevanın evindən 1 725 manat dəyərində qızıl-zinət əşyalar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Mətləb Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi