Evlərdən 4 500 manatlıq oğurluq edən şəxs saxlanıldı

Evlərdən 4 500 manatlıq oğurluq edən şəxs saxlanıldı Bakıda evlərdən 4 500 manatlıq oğurluq edilib.
Hadisə
8 Aprel , 2020 11:58
Evlərdən 4 500 manatlıq oğurluq edən şəxs saxlanıldı

Bakıda evlərdən 4 500 manatlıq oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-dən 7-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 1 500 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Z.Məmmədov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 3 000 manat dəyərində televizor, “Wi-Fi” aparatı və tikiş maşını oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi