Evlərdən 18 min manatlıq oğurluq edən şəxs tutuldu

Evlərdən 18 min manatlıq oğurluq edən şəxs tutuldu Tovuzda evlərdən 18 min manatlıq oğurluq edilib.
Hadisə
6 Fevral , 2020 13:01
Evlərdən 18 min manatlıq oğurluq edən şəxs tutuldu

Tovuzda evlərdən 18 min manatlıq oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Tovuz Rayon polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də rayon ərazisindəki evlərin birindən 11 000 manat və 200 ABŞ dolları, habelə 7 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xatınlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Rüstəmov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi