Bakıda oğurluq edərkən ev sahibini öldürən şəxsin məhkəməsi başlayır

Bakıda oğurluq edərkən ev sahibini öldürən şəxsin məhkəməsi başlayır Bakıda oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirilən Kənan Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
16 Avqust , 2019 09:18
Bakıda oğurluq edərkən ev sahibini öldürən şəxsin məhkəməsi başlayır

Bakıda oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirilən Kənan Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim İlham Mahmudovun sədrlik etdiyi kollegiyanın icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə aprelin 17-də Xəzər rayon Şağan qəsəbəsi, yeni yaşayış massivində baş verib. 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilib. Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib.

K.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi