Bakı. 3 sentyabr. REPORT.AZ/ "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı polisə çağırılıb.
"Report"un xəbərinə görə, bu barədə Ə.Zeynallı özünün "facebook" səhifəsində məlumat verib.
"Bu gün məni saat 15:00 üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırdılar", - Ə.Zeynallı bildirib.
Qeyd edək ki, Ə.Zeynallı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü il dekabrın 29-da Prezident İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.