Bakıda oğurluq etməkdə təqsirləndirilən Elnur Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un məlumatına görə, iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Hüseyn Səfərovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 17-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın əvvəlində Yasamal rayon ərazisində baş verib. Bakı şəhər sakini E.Nağıyev həmin ərazidəki evlərin birindəki seyfdən 5700 ABŞ dolları oğurlayıb.
O, Yasamal rayon Polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Məlumata görə, E.Nağıyev həmin evdə usta işləyirmiş.