Evdən 70 min dollar oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Evdən 70 min dollar oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Elgün Yusifov, Elşad Namazov, Röyal Sabirli və Vazeh Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
10 Aprel , 2019 14:43
Evdən 70 min dollar oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Elgün Yusifov, Elşad Namazov, Röyal Sabirli Vazeh Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 17-nə təyin edilib.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ötən ilin yanvarında Şamil Şirinovun evindən 70 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - E.Yusifov, E.Namazov, Kəlbəcər rayon sakini R.Sabirli və V.Babayev saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi