Evdən 30 min manat oğurlayan xadiməyə elektron qolbaq taxılıb

Evdən 30 min manat oğurlayan xadiməyə elektron qolbaq taxılıb Nərimanov Rayon Məhkəməsində evdən oğurluq etməkdə təqsirləndirilən Cəmalə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb
Hadisə
7817
27 Fevral , 2021 13:39
Evdən 30 min manat oğurlayan xadiməyə elektron qolbaq taxılıb

Nərimanov Rayon Məhkəməsində evdən oğurluq etməkdə təqsirləndirilən Cəmalə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, C.Əliyeva azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmçinin məhkəmə ona elektron qolbaq taxılması barədə hökm çıxarıb.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında paytaxtın Nərimanov rayonu ''Montin'' qəsəbəsində qeydə alınıb. Məmməd Arif küçəsində yaşayan Natella Rzayeva Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək evindən 30 min manatlıq qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Daha sonra polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Cəmalə Əliyevanı saxlayıb.

O, ilkin ifadəsində törətdiyi əməli etiraf edib. Qadının sözlərinə görə, həmin evdə 20 ildir ki, qulluqçu kimi işləyirmiş. O, yataq otağında təmizlik işi apararkən qızılları götürərək çantasına qoyduğunu deyib.

Son xəbərlər

Orphus sistemi