Evdə meyit tapılıb

Evdə meyit tapılıb Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub
Hadisə
11 Fevral , 2015 11:06
Evdə meyit tapılıb

Bakı. 11 fevral. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1957-ci il təvəllüdlü Osmanov Məhəmməd Eldar oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. “Report” FHN-in rəsmi saytına istinadən xəbər verir iki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı M.Osmanovun vəfat etdiyi müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi