Ev sahibəsinin qızıllarını oğurlayıb satdı - MƏHKƏMƏ

Ev sahibəsinin qızıllarını oğurlayıb satdı - MƏHKƏMƏ Şəkidə oğurluq etməkdə təqsirləndirilən Asif Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
13 Aprel , 2020 15:19
Ev sahibəsinin qızıllarını oğurlayıb satdı - MƏHKƏMƏ

Şəkidə oğurluq etməkdə təqsirləndirilən Asif Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib.

Hakim Ceyhun Əhmədovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələ açıqlanmayıb.

Qeyd edək ki, ötən ilin dekabrında Şəki Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini olan qadın evindən qızıl-zinət əşyalarının və bank kartının oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 27 yaşlı Asif Mustafayev saxlanılıb.

O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Bildirib ki, həmin oğurluğu Şəkidə qadının evində kirayə qaldığı zaman edib.

Daha sonra oğurladığı qızılları dəyərindən ucuz qiymətə Bakıda satıb.

A.Mustafayevə Cinayət Məcəlləsinin 177.2.2-ci (təkar oğurluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi