Yuxarı

"Eurosport" nəşri Henrix Mxitaryanı məsxərəyə qoyub

"Eurosport" nəşri Henrix Mxitaryanı məsxərəyə qoyub

82

Arsenal Mxitaryanla son bir ay yarım ərzində 4-cü dəfə məğlub olub

Bakı. 5 mart. REPORT.AZ/ Məşhur "Eurosport" nəşri "Arsenal" klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryanı məsxərəyə qoyub.

“Report” xəbər verir ki, nəşr futbolçunun London karyerasını "dəhşətli başlanğıc" adlandırıb.

Nəşr erməni futbolçunun "Mançester Yunayted" və "Arsenal" klublarına gətirdiyi uğursuzluqlarını müqayisə edib:

"London karyerası üçün dəhşətli başlanğıc. "Arsenal" İngiltərə Premyer Liqasının 29-cu turunun matçında səfərdə "Brayton"a 1:2 hesabı ilə məğlub olub.

"Kanonirlər"in erməni yarımmüdafiəçisi Henrix Mxitaryan Premyer Liqada artıq 4 oyunda birgə məğlub olduğu komandanın start heyətində meydana çıxıb.

Henrix "Mançester Yunayted"də il yarım ərzində Joze Mourinyonun kollektivinin yalnız 5 məğlubiyyətində iştirak edib".

"Eurosport"un rus dilində nəşr olunan versiyası daha sonra aşağıdakıları xatırladır:

Mxitaryan "Arsenal"ın heyətində keçirdiyi ilk ev oyununda 3 qol ötürməsi rəsmiləşdirib.

"Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı yeri tutur və dördüncü pillədən 13 xal geri qalır.

"Kanonir"lər çempionluq şanslarından riyazi olaraq məhrum olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi