ETSN əməkdaşına atəş açmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

ETSN əməkdaşına atəş açmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır ETSN əməkdaşına atəş açmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
Hadisə
9 avqust 2023 10:43
ETSN əməkdaşına atəş açmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşına atəş açmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Report"a Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, cari il mayın 18-də Ağstafa su anbarının Qazax rayonunun Cəfərli kəndi ərazisinə düşən hissəsində ETSN-in 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarına odlu silahdan atəş açılması faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla qeyd edilən idarənin əməkdaşları - Yaşar Məmmədov və Cəbi Məmmədhüseynovun xidməti vəzifələrini yerinə yetirərək həmin su hövzəsindən qanunsuz balıq ovu üçün nəzərdə tutulan torları yığan zaman Fərman Mustafayevin onlara odlu silahdan atəş açaraq müqavimət göstərməsi və nəticədə Yaşar Məmmədovun xəsarət almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Fərman Mustafayevə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi