Bakı. 15 oktyabr. REPORT.AZ/ Badamdardakı sürüşmə sahəsində ümumi dinamikada gərginlik qalmaqdadır.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.
"Sürüşmə zonasında saat 21-00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti yenə də müşahidə edilir. Ümumi dinamikada gərginlik qalmaqdadır", - deyə məlumatda bildirilir.