Ətraf mühitin mühafizəsi tələblərinə əməl etməyən şəxslər barəsində protokollar tərtib edilib

Ətraf mühitin mühafizəsi tələblərinə əməl etməyən şəxslər barəsində protokollar tərtib edilib Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən birgə Bakı şəhəri ərazisində məişət tullantılarının qalaqlanması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçirilib.
Hadisə
30 mart 2019 08:54
Ətraf mühitin mühafizəsi tələblərinə əməl etməyən şəxslər barəsində protokollar tərtib edilib

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən birgə Bakı şəhəri ərazisində məişət tullantılarının qalaqlanması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçirilib.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən “Xəyal” kafesinin arxasında tullantıların qalaqlanmasına görə Bakı şəhər sakini R.Həsənov, Binəqədi rayonu ərazisində isə Bakı şəhər sakini F.Kərimov sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi