​Tofiq Yaqublu qızının dəfnində iştirak etmək üçün azadlığa buraxılacaq

​Tofiq Yaqublu qızının dəfnində iştirak etmək üçün azadlığa buraxılacaq "Hazırda sənədləşmə işləri aparılır"
Hadisə
23 Aprel , 2015 17:02
​Tofiq Yaqublu qızının dəfnində iştirak etmək üçün azadlığa buraxılacaq

Bakı. 23 aprel. REPORT.AZ/ Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun dəfnində iştirak etmək üçün yeddi günlüyə azadlığa buraxılacaq.

Bu barədə "Report"a T.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. O bildirib ki, Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı Penitensiar Xidmət rəsmən icazə verib: "Hazırda sənədləşmə işləri aparılır. O, sabah yeddi günlük müddətə azadlığa buraxılacaq".

Xatırladaq ki, T.Yaqublunun qızı N.Yaqublu bu gün Rusiyadakı xəstəxanaların birində dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi