Bakı. 26 may. REPORT.AZ/ Bakının Qaradağ rayonunda iki nəfərin ölümü və daha iki nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Lökbatan dairəsi yaxınlığında qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobillə kiçik tutumlu avtobus toqquşub. Nəticədə "VAZ 2107"dəki sərnişinlərdən biri hadisə yerindəcə ölüb.
Qəza zamanı habelə 3 nəfər - 1989-cu il təvəllüdlü Məhmədov Cəlal Cəfərağa oğlu, 1987-ci il təvəllüdlü Musayev Elçin Adil oğlu və 1981-ci il təvəllüdlü Paşayev Rüfət İdris oğlu ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən Rüfət Paşayev ilkin tibbi yardım zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.