​Ermənistan səfiri: "Lvovdakı azərbaycanlı və erməni icmalarının başçıları görüşəcək"

​Ermənistan səfiri: "Lvovdakı azərbaycanlı və erməni icmalarının başçıları görüşəcək" Andranik Manukyan mayın 19-da azərbaycanlılarla ermənilər arasında dava-dalaş düşməsi haqda xəbəri də təkzib edib
Hadisə
19 May , 2016 17:02
​Ermənistan səfiri: Lvovdakı azərbaycanlı və erməni icmalarının başçıları görüşəcək

Bakı. 19 may. REPORT.AZ/ Mayın 16-də Ukraynanın Lvov şəhərində azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi iğtişaşın dinc yolla həlli üçün daxili işlər şöbəsi rəisinin iştirakı ilə Azərbaycan və Ermənistan icmalarının rəhbərlərinə görüşüb problemi müzakirə etmək təklif olunub. "Report" erməni KİV-inə isinadən xəbər verir ki, bu barədə Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyan açıqlama verib.

 "Azərbaycanlı və erməni icmalarının başçıları yenidən görüşəcəklər", - deyə Manukyan söyləyib.

O, mayın 19-da azərbaycanlılarla ermənilər arasında dava-dalaş olması haqda yayılan xəbəri də təkzib edib.

Qeyd edək ki, ötən gün Lvovda bir qrup erməni azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır yaralanıb. Şəhriyar Məhərrəmov və qardaşı Rəcəb Məhərrəmova məxsus dükana hücum edən ermənilər azərbaycanlıları təhqir ediblər.Onlar 3 gün əvvəl Lvovda keçirilmiş Kunq-fu üzrə yarışda separatçı “Dağlıq Qarabağ”ın "bayrağ"ının qaldırılmasına görə ermənilərin döyülməsi ilə nəticələnən kütləvi davanın qisasını almaq istədiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi