Ermənistan ordusunun silah anbarında partlayış olub, 12 nəfər ölüb, xeyli sayda yaralı var

Ermənistan ordusunun silah anbarında partlayış olub, 12 nəfər ölüb, xeyli sayda yaralı var Partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib
Hadisə
105
4 Noyabr , 2017 15:05
Ermənistan ordusunun silah anbarında partlayış olub, 12 nəfər ölüb, xeyli sayda yaralı var

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Agdərə rayonu istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib. 

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib. 

İlkin məlumata görə, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir. 

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. 

Hazırda araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi