Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədiblər

Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədiblər Yanğının tüstüsü cəbhəyanı yaşayış məntəqələrindən aydın görünür
Hadisə
11 İyun , 2015 12:52
Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədiblər

Bakı. 11 iyun. REPORT.AZ/ Erməni hərbçiləri Azərbaycanın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədiblər. 

Yerli sakinlərin "Report"a verdiyi məlumata görə, Ermənistan ordusu Tərtər rayonunun işğal altında olan ərazilərində genişmiqyaslı yanğınlar törədiblər.

Sakinlər bildiriblər ki, ermənilər rayonun Qızıl oba adlanan ərazilərini ötən gün gecə saatlarından başlayaraq yandırıblar. Bir neçə saat davam edən yanğınlar səhər saatlarında sönüb. Bu dəqiqələrdə də yanğının tüstüsü cəbhəyanı yaşayış məntəqələrindən aydın görünür.

Kənd sakinlərinin sözlərinə görə, ərazilərdə yanğınlar əsasən quru otlaq sahələrini əhatə edir. 

Son xəbərlər

Orphus sistemi