Yuxarı
    Bağlamaq

    Ərinin pullarını oğurlayaraq sevgilisinə verən qadının məhkəməsi başlayıb

    Məhkəmə prosesinin sonunda tərəflər arasında mübahisə düşüb

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli-miqdarda oğurluqda təqsirləndirilən Yevlax rayon sakini Kənan Bəkirov və Səbinə Abdinovanın cinayət işi üzrə məhkəmə prosesi başayıb.

    “Report”un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin və zərərçəkmişin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxışı iclası noyabrın 5-nə təyin edilib.

    Məhkəmə prosesinin sonunda tərəflər arasında mübahisə düşüb.

    Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 15-də Nağı Abdinovun evindən 90 min manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Kənan Bəkirov tutulub. Daha sonra məlum olub ki, əslində, oğurluğu N.Abdinovanın həyat yoldaşı Səbinə Abdinova edərək, pulları sevgi münasibətlərində olduğu K.Bəkirova verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi