Qızıllarını ərindən xəbərsiz “Lombard”a qoyan qadın polisə yalan məlumat verdi

Qızıllarını ərindən xəbərsiz “Lombard”a qoyan qadın polisə yalan məlumat verdi Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə Hövsan qəsəbəsi ərazisində quldurluq faktı barədə müraciət daxil olub.
Hadisə
7 Mart , 2020 13:20
Qızıllarını ərindən xəbərsiz “Lombard”a qoyan qadın polisə yalan məlumat verdi

Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə Hövsan qəsəbəsi ərazisində quldurluq faktı barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, qəsəbə sakini olan qadın martın 1-də saat 20 radələrində yaşadığı evə girən 2 nəfərin onu yumruqla vurub əllərini iplə bağlayaraq oradan 2 150 manat, 2 000 ABŞ dolları və 3 000 manat dəyərində qızıl-zinət əşyalarını apardıqlarını bildirib.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının quldurluq faktı barədə verdiyi məlumat təsdiqini tapmayıb.

O, izahatında qızıl əşyalarını ərindən xəbərsiz lombarda verməsini etiraf edib. 

Son xəbərlər

Orphus sistemi