Cəbrayıl. 24 oktyabr. REPORT.AZ/ "Ermənilər işğalçılıq siyasətinə son qoymalıdır".
Bunu "Report"un Qarabağ bürosunun müxbirinə İslam Dövlətləri Agentlikləri İttifaqı Birliyinin Xəbərlər departamentinin müdiri Hazem Əl-Sayed bildirib.
Ərəb jurnalist qeyd edib ki, Azərbaycan dövləti tərəfindən Cucuq Mərcanlıda yaşayan sakinlər üçün hər cür şərait yaradılıb: "Mən Azərbaycan xalqının əzmkarlığına və torpaq sevgisinə heyranam. Azərbaycanın işğaldan azad olunan ərazisində olmaqdan qürur duyuram. İstəyirəm ki, Azərbaycanın ermənilər tərəfindən işğal edilən bütün torpaqları azad olsun və biz də növbəti səfərimizi həmin ərazilərə edək. Ümumiyyətlə, ermənilər işğalçılıq siyasətinə son qoymalıdır, işğal olunan ərazilər Azərbaycana qaytarılmalıdır və tarixi ata-baba yurdundan zorla çıxarılan məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır".