Ərə verilən 15 yaşlı qızın yeri məlum oldu - VİDEO - YENİLƏNİB

Ərə verilən 15 yaşlı qızın yeri məlum oldu - VİDEO - YENİLƏNİB Şəkidə 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verilib.
Hadisə
1361
14 İyul , 2021 09:56
Ərə verilən 15 yaşlı qızın yeri məlum oldu - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Video əlavə olunub.


13.07.21
21:37

Şəkidə 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verilib.

"Report"un şimal-qərb bürosunun çəkiliş qrupu həmin qızın yaşadığı evə yollanıb.

Çəkiliş qrupumuz orada olarkən məlum olub ki, yeniyetmə qızın ata və anası polis şöbəsinə dəvət olunub.

Əməkdaşlarımız qızın qonşuları ilə həmsöhbət olublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, araşdırmalardan sonra fakt təsdiqini tapıb. Kiçik Dəhnə kənd icra nümayəndəsi Ayaz Əliyev "Report"un yerli bürosuna deyib ki, hadisədən bu gün səhər xəbər tutub.

O, əlavə edib ki, icra nümayəndəliyində həmin kənddə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı heç bir qeydiyyat aparılmayıb.

Əldə etdiyimiz məlumata görə, yeniyetmə qız Bakının Maştağa qəsəbəsində 30 yaşlı oğlanla evləndirilib.

Son xəbərlər

Orphus sistemi