Əqli qüsurlu qadının qohumları tapılıb

Əqli qüsurlu qadının qohumları tapılıb Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə qalan bir qadını görərək, ona yaxınlaşıblar.
Hadisə
3127
12 Avqust , 2020 12:38
Əqli qüsurlu qadının qohumları tapılıb

Balakən rayonu ərazisində tapılan əqli qüsurlu qadının şəxsiyyəti müəyyənləşib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, onun Zaqatala rayonunun UzunTala kənd sakini, 1962-ci il təvəllüdlü Cəmilə Xaşayeva olduğu məlum olub.

Polis əməkdaşları həmin şəxsin qohumları ilə əlaqə saxlayaraq qadını onlara təhvil veriblər.

18:15, 11 avqust

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə qalan bir qadını görərək ona yaxınlaşıblar.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, onun itkin düşdüyü ehtimal edildiyindən polis şöbəsinə gətirilib.

Üzərində heç bir sənəd olmadığından şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Qadın əqli qüsurlu, 50-60 yaş arasındadır.

Görüntüdəki şəxsi, eləcə də onun yaxınlarını tanıyanlardan DİN-in “102” Zəng Mərkəzinə və Balakən Rayon Polis Şöbəsinin (024)-295-10-37 şəhər və (055 ) 280-11-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi