Bakı. 11 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və qeyrilərinin Azərbaycan Müdafiə Nazirliyinə (MN) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.
“Report”un məlumatına görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, bu il ƏMDK MN-i məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Dövlət Komitəsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianın təmin tədbiri barədə ərizəni təmin edib. Qərarla razılaşmayan ƏMDK apellyasiya şikayəti verib.