Əmisini və onun qonağını bıçaqlayan şəxsə 8 il həbs cəzası verilib

Əmisini və onun qonağını bıçaqlayan şəxsə 8 il həbs cəzası verilib Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
8 Fevral , 2016 17:24
Əmisini və onun qonağını bıçaqlayan şəxsə 8 il həbs cəzası verilib

Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rövşən Dadaşovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Dadaşov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə Şabran rayonunun Gəndob kəndində baş verib. Rayonun Xırdaoymaq kənd sakini Rövşən Dadaşov əmisi Elxan Dadaşovun evinə qonaq gəlib. İçki məclisi zamanı yaranmış mübahisə zamanı R.Dadaşov əmisi E.Dadaşovu və onun evində qonaq olan Ş.Mürsəliyevi bıçaqlayıb. Hər iki yaralı dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub. Hadisəni törədən R.Dadaşov həbs edilib.

R.Dadaşov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi