Əmircanda 28 yaşlı gənc özünü bıçaqladı

Əmircanda 28 yaşlı gənc özünü bıçaqladı Bakı sakini özünə bıçaq xəsarəti yetirib.
Hadisə
24 iyun 2020 20:15
Əmircanda 28 yaşlı gənc özünü bıçaqladı

Bakı sakini özünə bıçaq xəsarəti yetirib.

“Report” xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Qulamov Elnur Elşən oğlu yaşadığı mənzildə özünə bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi