Emin Millinin qaynının məhkəməsində şahidlər ifadə verib

Emin Millinin qaynının məhkəməsində şahidlər ifadə verib Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib
Hadisə
3 Fevral , 2016 12:32
Emin Millinin qaynının məhkəməsində şahidlər ifadə verib

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı Elxan Səfərov və hal şahidi Emil Sadıqlı ifadə verib.

N.Səfərov N.Ağabəyovun narkotik maddə istifadə etdiyi və üzərində gəzdirdiyini təsdiqləyib.

Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi